Nizam-intizam şurasının üzvləri ilə görüş keçirilib

2024-2025-ci tədris ilindən etibarən məktəbimizdə "Şagird davranış qaydaları" layihəsi tətbiq olunur. Qaydaların tətbiqi vəziyyətini, görülən işlərlə bağlı hesabatlılığı dinləmək üçün məktəbin direktoru Samirə Əliyeva "Nizam-intizam Şurası"nın üzvləri ilə görüş keçirib. Görüş zamanı davranış jurnallarının yazılması proseduru, səviyyələrin düzgün təyini, səviyyələrə uyğun korreksiyaedici tədbirlərin görülməsi, şagird davranışlarının daha da yaxşılaşdırılması müzakirə olunub. Sonda məktəbim direktoru Samirə Əliyeva bildirdi ki, Qaydaların tətbiqi zamanı şagirdlərin yaş xüsusiyyətləri, psixi sağlamlığı, şəxsiyyəti nəzərə alınmalıdır. Korreksiyaedici tədbirlər şagirdlərin davranışlarını anlamalarını və yaxşılaşdırmaları üçün tətbiq edilməlidir.