Novruz bayramına həsr olunmuş rəsm sərgisi keçirilib

"Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində məktəbin Tədbirlər Planına əsasən məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifəsini icra edən Yeganə Dadaşovanın rəhbərliyi, UBTR Təhminə Novruzovanın təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş divar qəzetləri hazırlanıb, rəsm sərgisi təşkil olunub. Sərgidə məktəbin "Öz dünyanı boya" dərnəyinin şagirdlərinin rəsmləri yer alıb.