"Konstitusiya və Suverenlik İli" ilə bağlı xüsusi yığıncaq təşkil olunub

Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ili "Konstitusiya və Suverenlik İli" elan edib. Bununla bağlı Tədbirlər Planına əsasən konstitusiya və suverenlik mövzularını şagirdlərə daha dərindən öyrətmək, onların hüquqi biliklərini artırmaq və vətənpərvərlik ruhunu gücləndirmək məqsədilə məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifəsini icra edən Yeganə Dadaşovanın rəhbərliyi ilə xüsusi yığıncaq təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlanıb. Daha sonra Azərbaycanın suverenliyinə dair qısametrajlı film nümayiş olunub. Yeganə Dadaşova və kitabxana müdiri Ülkər Rəhimova şagirdlərə suverenlik və konstitusiya barədə məlumatlar veriblər.