Adət-ənənələrimiz mövzusunda "Oxu saatı" keçirilib

Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifəsini icra edən Yeganə Dadaşovanın rəhbərliyi, kitabxana müdiri Ülkər Rəhimova və kitabxanaçı Səidə Süleymanovanın təşkilatçılığı ilə 11.03.2025-ci il tarixində 4 c sinfində "Oxu saatı" keçirilib. 4 c sinif müəllimi Təranə Həsənova şagirdlərə milli adət-ənənələrimiz barədə məlumatlar verib. Daha sonra Səidə Süleymanova "Novruz ensiklopediyası" dan novruz adət-ənənələri barədə yazılmış məqalələr oxuyaraq, çərşənbələr haqqında da məlumatlar verib.