Şagirdlər kitabxana fonduna yeni daxil olmuş kitablarla tanış olublar

Kitabxana müdiri Ülkər Rəhimovanın rəhbərliyi, kitabxanaçı Səidə Süleymanovanın təşkilatçılığı ilə "Nağıl saatı" təşkil olunub.Səidə Süleymanova şagirdləri kitabxana fonduna yeni daxil olmuş uşaq ədəbiyyatı ilə tanış edərək S.Amanovanın "Şuşanın sehrli açarları", A.Linqrenin " Günəşim mənim" nağıllarını səsləndirib. "Nağıl saatı" şagirdlər tərəfindən maraqla qarşılanıb, onların sualları cavablandırılıb.