İdman həftəsi ilə bağlı proqrama əsasən idman nailiyyətləri olan idmançı şagirdlərimizlə görüş keçirilib

"5 Mart Bədən Tərbiyəsi Günü" ilə bağlı 4-10 mart 2025- ci il tarixlərində idman həftəsinin keçirilməsi ilə əlaqədar proqrama əsasən məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifəsini icra edən Yeganə Dadaşovanın rəhbərliyi, fiziki tərbiyə müəllimləri Nəbati Nurəliyev və Aytək Zülfiqarovanın təşkilatçılığı ilə idman nailiyyətləri olan şagirdlərimizin V-VIII sinif şagirdləri ilə görüşü keçirilib.Görüşün keçirilməsində məqsəd şagirdlərin idmana olan marağını artırmaq və sağlam həyat tərzini təbliğ etmək olub.