4-10 mart məktəblərdə idman həftəsi keçirilir

Elm və Təhsil nazirinin 28.02.2025-ci il tarixli 3-29-69/3-2-06F/2025 nömrəli əmri ilə 4-10 mart 2025-ci il tarixlərində ümumi təhsil məktəblərində idman həftəsi keçirilməsinə start verilib. Şagirdlərin idmana olan marağının gücləndirilməsi, sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin inkişafı və bu sahədə kütləviliyin artırılması məqsədilə idman həftəsinin proqramına uyğun olaraq səhər gimnastikası keçirilib.