Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş "Tarix unudulmur" adlı tədbir keçirilib

Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifəsini icra edən Yeganə Dadaşovanın rəhbərliyi ilə Tədbirlər Planına əsasən 26.02.2025- ci il tarixdə "Tarix unudulmur" adlı sinif tədbiri, sinif təşkilat saatları, xüsusi dərslər keçirilib. Xocalı soyqırımı qurbanları və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Müəllimlər şagirdlərə Xocalı soyqırımı haqqında məlumatlar veriblər. Bu gün Xocalı soyqırımı qurbanlarının ruhu şaddır, çünki bu gün şanlı bayrağımız Xocalı səmalarında məğrur-məğrur dalğalanır.
Xocalı soyqırımı qurbanlarını və şəhidlərimizi dərin ehtiramla anırıq. Allah rəhmət eləsin.