lX-Xl sinif şagirdləri ilə "Bullinq" və "Narkomaniya və erkən nikaha yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirilib

20.02.2025-ci il tarixində Sabunçu rayon 42-ci Bölmənin Yetkinlik Yaşına Çatmayanlar üzrə baş inspektoru polis kapitanı Afaq Əliyevanın təşəbbüsü ilə "Bullinq", "Narkomaniya və erkən nikaha yox deyək!" mövzusunda lX-Xl sinif şagirdləri ilə maarifləndirici tədbir keçirilib. Məktəbin direktoru Samirə Əliyeva, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifəsini icra edən Yeganə Dadaşova və biologiya müəllimi Afət Mahmudova da mövzu ilə bağlı şagirdlərə ətraflı məlumatlar veriblər. Şagirdlərlə əks əlaqə qurulub, onları maraqlandıran suallar cavablandırılıb və lazımı tövsiyələr verilib.