Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür

Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifəsini icra edən Yeganə Dadaşovanın rəhbərliyi, fənn müəllimləri Alimə Abdullayeva, Rumiyyə Heydərova və Nərmin Cavadovanın təşkilatçılığı ilə 07.02.2025-ci il tarixində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əbədi xatirəsi yad edilib. Şagirdlərə Milli Qəhrəmanımız haqqında məlumatlar verilib, onlar da öz növbələrində vətənpərvərlik, qəhrəmanlıq mövzusunda yazılmış şeirlər söyləyiblər. Sonda Mübariz İbrahimovun xatirəsinə çəkilmiş film nümayiş etdirilib.
Hörmətlə anırıq!