2024-2025-ci tədris ilinin yarımil üzrə Böyük Summativ Qiymətləndirmənin keçirilməsi davam edir

13 yanvar tarixindən 2024-2025-ci tədris ili üzrə I yarımilin sonunda məktəbdaxili qiymətləndirmələrin (BSQ) keçirilməsinə start verilib. Bu gün 4 a, 4b, 4c siniflərində İngilis dili, 7a, 7b, 7c, 7ç siniflərində Azərbaycan dili, İngilis dili və Riyaziyyat fənləri üzrə BSQ-lər keçirilib. BSQ-lər məktəb rəhbərliyi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilib.
BSQ-lərin şəffaf keçirilməsi üçün Təşkilat, Nəzarət və Yoxlama Komissiyası yaradılıb. BSQ-lərin keçirilməsi 24 yanvar tarixinə kimi davam edəcək.