20 Yanvar - Qan yaddaşımız!

20 Yanvar hadisəsindən 35 il ötür...
Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin əbədi xatirəsini yad etmək məqsədilə məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifəsini icra edən Yeganə Dadaşovanın rəhbərliyi, V b sinif rəhbəri Aytən İsayevanın təşkilatçılığı ilə "20 Yanvar- Qan yaddaşımız!" adlı sinif tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb. Daha sonra vətənimizin müstəqilliyi uğrunda canlarını fəda verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Şagirdlər şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər. Onlar ulu babalarımızdan bizə yadigar qalan torpaqlarımızı göz bəbəyi kimi qorumağı söz veriblər.
Allah şəhidlərimizə rəhmət eləsin