Qaliblərlə görüş

2024-2025-ci tədris ili üzrə Respublika Fənn Olimpiadasının yarımfinal mərhələsinə vəsiqə qazanan şagirdlərlə məktəb rəhbərinin görüşü keçirilib. Məktəbin direktoru Samirə Əliyeva şagirdləri təbrik edib, əzm və iradə ilə çalışmağı tövsiyə edib. Görüş zamanı olimpiadanın keçirilməsinin əhəmiyyəti, şagirdlərin intellektual inkişafına verdiyi tövhələr barədə söhbət aparılıb. Sonda məktəb rəhbəri şagirdlərə olimpiadanın yarımfinal mərhələsində uğurlar arzulayıb.