Gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi barədə görüş keçirilib
10.01.2025-ci il tarixdə Bakı şəhər Sabunçu rayonu 130 nömrəli tam orta məktəbdə DİN Polis Akademiyasının nümayəndəsi polis baş leytenantı Nicat Quliyev və Sabunçu rayon 42-ci polis bölməsinin rəis müavini polis mayoru Səddam Hüseyn, Azyaşlılar üzrə baş inspektoru polis kapitanı Afaq Əliyevanın iştirakı ilə IX-XI sinif şagirdləri ilə gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi barəsində görüş keçirilib. Görüşdə şagirdlərə Polis Akademiyasına qəbul qaydaları və orada yaradılmış maddi- sosial baza haqqında ətraflı məlumatlar verilib. Həmçinin gənclərə gələcəkdə dövlətimizə, vətənimizə sadiq olmaq, sağlam və vətənpərvər ruhda böyümək üçün müəyyən tövsiyələr verilib.