"Məktəblərdə Naxçıvan ayı" ilə bağlı dəyirmi masa keçirilib
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi, "Məktəblərdə Naxçıvan ayı" layihəsinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planına əsasən məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifəsini icra edən Yeganə Dadaşovanın rəhbərliyi, tarix müəllimi Günel Ağayevanın təşkilatçılığı ilə 18.12.2024-cü il tarixində IX A sinif şagirdləri ilə "Naxçıvan Respublikasının yaradılması" mövzusunda dəyirmi masa keçirilib. Müəllim şagirdlərə mövzu ilə bağlı ətraflı məlumatlar verib, videoslayd nümayiş etdirib.