Riyaziyyat fənni üzrə metodbirləşmə iclası keçirilib

05.12.2024-cü il tarixdə məktəbin Riyaziyyat fənn metodbirləşmələri ilə görüş keçirildi. Görüş zamanı məktəbin direktoru Samirə Əliyeva Riyaziyyat fənnindən keçirilmiş Diaqnostik və KSQ-1 üzrə nəticələrin fənn müəllimləri ilə müzakirəsini aparıb. Məzmun xətləri və standartlar əsasında siniflər üzrə geriləmələr və irəliləmələr, mənimsəmə və keyfiyyət %-i geniş təhlil olundu. Risk qrupuna daxil olan şagirdlərin araşdırılması və əlavə məşğələlər təşkil etmək qərara alındı.