"Erkən nikahın mənfi fəsadları" mövzusunda maarifləndirici məşğələ keçirilib
Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifəsini icra edən Yeganə Dadaşovanın rəhbərliyi, biologiya müəllimi Aytən İsayevanın təşkilatçılığı ilə 29.11.2024-cü il tarixində "Erkən nikahın mənfi fəsadları" mövzusunda maarifləndirici məşğələ keçirilib. Mövzu ilə bağlı müəllim ətraflı məlumatlar verərək videoslayd nümayiş etdirib. Məşğələnin keçirilməsində məqsəd erkən nikah və qohumlar arasında nikahın mənfi fəsadlarını şagirdlərə izah etmək, məsləhətlər vermək və psixoloji dəstək göstərməkdən ibarət olub.