İbtidai sinif müəllimləri ilə görüş keçirilib
Məktəbin Fəaliyyət planına uuğun olaraq, MUDTA-nın direktoru Eşqi Bağırovun məktəblərə ünvanlanmış rəsmi məktubuna əsasən ibtidai sinif müəllimləri ilə şagird təhlükəsizliyi haqqında görüş keçirilib. Görüş zamanı məktəbin direktoru Samirə Əliyeva məktəbdə normal iş ahənginin qurulması və qorunması, təlim-tərbiyə prosesinin mövcud qanunvericilik tələblərinə uyğun aparılması üçün məlum şərtlərdən biri də müəssisədə təhlükəsiz mühitin yaradılmasının vacibliyini vurğulayıb. Məktəbdə təhlükəsizliyin təminatı və sağlam-psixoloji mühitin formalaşdırılması məqsədi ilə hazırlanmış Fəaliyyət planına uyğun tədbirlər görülür və hesabatlılıq təmin olunur.