"Həmkara dəstək" layihəsi

    Payız tətilini səmərəli keçirmək məqsədilə 18-23 nayabr tarixlərində məktəbin fənn müəllimləri üçün Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) təşkil etdiyi "Planlaşdırma və qiymətləndirmə" mövzusunda 6 gün ərzində təlim təşkil olunmuşdur. 

Təlim məktəbin metodisti, ibtidai sinif müəllimi Rəcəbova Həvva tərəfindən keçirilib. Təlim də iştirak edən müəllimlər dərslərin məqsədyönlü və sistemli şəkildə planlaması müasir təlimmetodlarının tətbiqi, qiymətləndirmə meyarının düzgün çıxarılması, dərs boyu şagird irəliləyişini izləmək üçün müxtəlif qiymətləndirmə üsul və vasitələr haqqında ətraflı məlumatlar əldə ediblər. Təlim müddətində müəllimlər nəzəri biliklərlə yanaşı, praktik tapşırıqlarla dərsin effektivliyini artırmaq, müasir dərsin tələblərinə uyğun dərsin təşkil edilməsinin yollarını ətraflı öyrəniblər. Əməkdaşlıq və müzakirə mühitində keçən təlim müəllimlərin peşəkarlıq bacarıqlarının inkişafına və təcrübə mübadiləsinə şərait yaradıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi