"Şanlı Zəfər" adlı tədbir keçirilib
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 07.09.2021- ci il tarixli F- 429 nömrəli əmri ilə təsdiqlənmiş "27 sentyabr Anım günü" və "8 noyabr Zəfər günü" ilə bağlı Tədbirlər Planına əsasən məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifəsini icra edən Yeganə Dadaşovanın rəhbərliyi ilə 07.11.2024- cü il tarixində "Şanlı Zəfər" adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra bütöv Azərbaycan uğrunda qəhrəmancasına şəhid olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbimizin keçmiş məzunu ll Qarabağ müharibəsində iştirak etmiş qazi Həsənov Xanəhmədin anası ibtidai sinif müəllimi Təranə müəllimə söz verilib. Şagirdlər şeir söyləyib, mahnılar oxuyaraq, rəqs nömrələri nümayiş etdiriblər. Yeganə Dadaşova tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək onları Zəfər günü münasibətilə təbrik edib.
Zəfər bizimdir!
Qarabağ -Azərbaycandır!