"Öz hekayəni yarat" layihəsi üzrə müsabiqə keçirilib
"Öz hekayəni yarat" layihəsinə əsasən bu gün məktəbin kitabxanasında V - IX sinif şagirdləri arasında "Təbiət və insan" mövzusunda keçirilən qısa hekayə müsabiqəsinin yekun mərhələsi baş tutub.
Tədbiri giriş sözü ilə açan kitabxana müdiri Ülkər Rəhimova belə müsabiqələrin şagirdlərdə yaradıcılıq, oxu və yazı bacarıqlarının inkişafında əhəmiyyətli rolundan bəhs edib. Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Yeganə Dadaşova çıxışları dinlədikdən sonra hekayələr haqqında fikirlərini bölüşüb. Sonda qalib olan iştirakçılar mükafatlandırılıb. Üçüncü yerin qalibi 6ç sinif şagirdi Q. Nərcizxatun, ikinci yerin qalibi 9c sinif şagirdi A. Edis, birinci yerin qalibi isə 8a sinif şagirdi A.Məhərrəm olmuşdur.