"İdmansevərlər" layihəsi üzrə "Sağlam qidalanma" mövzusunda maarifləndirici dərs keçirilib
"İdmansevərlər" layihəsi üzrə Tədbirlər Planına əsasən sağlam həyat tərzinin yaxşılaşdırılması məqsədilə ibtidai sinif müəllimi Həvva Rəcəbovanın təşkilatçılığı ilə I A sinfində "Sağlam qidalanma" mövzusunda maarifləndirici dərs keçirilib. Şagirdlərə sağlıqlı qidalar haqqında məlumatlar verilib, mövzu ilə bağlı videoslayd nümayiş etdirilib.
Gəlin zərərli qidalara birlikdə yox deyək!
Sağlam həyat sağlam gələcək deməkdir.