Kitabxanada "Yaşıl Dünya Naminə həmrəylik ili" tədbiri keçirilib

    Məktəbin kitabxanasında "COP29" və "Yaşıl dünya naminə həmrəylik ili" tədbirlər planına əsasən “Nizami Gəncəvi yaradıcılığında təbiət sevgisi” mövzusunda  şagirdlərlə   dəyirmi masa təşkil olunmuşdur. Kitabxana müdiri Rəhimova Ülkər çıxışında  Nizaminin böyük humanist şair kimi hər zaman insan ləyaqətini tərənnüm etdiyini vurğuluyub. “Nizami Gəncəvinin dahiliyi həm də ondan ibarətdir ki, o, müasir dövrdə baş verən ekoloji böhrana öz dövründən sanki proqnoz verərək baxmış, problemlərin həlli yoluna işarə etmişdir” - deyə  bildirib. Kitabxanaçı Süleymanova Səidə  həmçinin vurğuluyub ki, dahi şair bütün əsərlərində insanları təbiəti sevməyə, ona qayğıkeş münasibət göstərməyə çağırıb. Tədbirdə şagirdlər Nizami Gəncəvinin "Sirlər xəzinəsi", “Xosrov və Şirin”, “Leyli və Məcnun” və digər poemalarını müzakirə etmişlər. Sonda şagirdlər şairin “Yeddi gözəl” poemasındakı “Bəhramın ova çıxması və gurları dağlaması”  hekayəsini oxuyub təhlil etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi