"Oriqami" uşaq və yeniyetmələr ictimai birliyi 130 nömrəli tam orta məktəbdə yekun tədbirini keçirib
15.10.2024-cü il tarixində "Oriqami" uşaq və yeniyetmələr birliyi kiçik qrant müsabiqəsi çərçivəsində "Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar" layihəsinin yekun tədbiri keçirilib. Könüllülük prinsipi əsasında məktəbin Vll, Vlll sinif şagirdlərindən ibarət 47 nəfər şagird idman zalına toplaşıb. Layihə rəhbəri N.Nəcəfov çıxış edərək layihənin məktəblilərin davamlı inkişafı məqsədini daşıdığını, şagirdlərə intellektual səviyyələrini artırmağa kömək etdiyini qeyd edib. Şagirdlər öz maraqlarına görə şahmat oyunu, böyük domino, dama yarışına qatılıblar. N. Nəcəfov 47 şagirdə hədiyyələr təqdim edib. Tədbirin sonunda layihə rəhbəri N. Nəcəfov pedaqoji heyətə və məktəblilərə təhsildə uğurlar arzulayıb.