"Ekologiyanın qorunması yolları"
Məktəblərdə "Ekologiya ayı" nın keçirilməsinə dair Tədbirlər Planına əsasən ətraf mühitin qorunması ilə bağlı fikirlərin təbliğ edilməsi məqsədilə fənn müəllimi Aytən İsayevanın təşkilatçılığı ilə "Ekologiyanın qorunması yolları" başlıqlı maarifləndirici dərs keçirilib. Dərsdə şagirdlərlə birgə ekologiyanın nə olduğu, zərərverici amilləri və qorumaq yolları müzakirə edilib. Müəllim mövzu ilə bağlı videoslayd nümayiş etdirib.