"Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar" layihəsinin seminarı keçirilib
"Oriqami" uşaq və yeniyetmələr ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Agentliyinin 4-cü kiçik qrant müsabiqəsi çərçivəsində "Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar" layihəsinin icrası davam edir. 09.10.2024-cü il tarixində C.Cabbarlı adına 187 N-li tam orta məktəbin idman zalında "Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar" layihəsinin seminarı keçirilib. Məktəbimizin fiziki tərbiyə müəllimi Nəbati Nurəliyev və idman sahəsində uğurlar qazanmış VIII A sinif şagirdi Abbas İslamov və XI A sinif şagirdi Qılmanzadə Zeynəb seminarda iştirak ediblər. İştirakçılara Diplom və hədiyyələr təqdim olunub.