"Oriqami" uşaq və yeniyetmələr ictimai birliyinin təşkilatçılığı ilə məktəbimizdə "Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar" layihəsinə start verilib
"Oriqami" uşaq və yeniyetmələr ictimai birliyinin təşkilatçılığı ilə "Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar" layihəsi çərçivəsində pedaqoji heyətin üzvləri ilə təqdimat, könüllülük prinsipi əsasında, şəxsi həvəs və maraqlarına uyğun olaraq məktəbin VII sinif şagirdlərindən 20 nəfər ( 10 nəfər oğlan ,10 nəfər qız ) arasında Anket - Sorğusu keçirilib. Layihənin rəhbəri N. Nəcəfov şagirdlərə layihə barədə məlumat verib və Anket Sorğusunun keçirilməsi ilə əlaqədar olaraq məktəblilərin suallarını cavablandırıb. O, hər bir məktəblinin davamlı inkişafına müsbət təsir göstərən zehni oyunlardan dama, domino, şahmat və müxtəlif konstruksiyaların qurulması və.s. danışıb, şagirdləri layihənin icrasına qoşulmağa çağırıb. Daha sonra şagirdlərə Anket- Sorğusu vərəqləri paylanılıb. Şagirdlər 20 dəqiqə ərzində Sorğuya cavab veriblər. Daha sonra pedaqoji heyətin üzvləri ilə görüş keçirilib. Layihə rəhbəri pedaqoji heyətə layihənin məqsədi və şagirdlərin bir qrupunun rəğbətləndirilməsi barədə məlumat verərək, hədiyyələri nümayiş etdirib. Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifəsini icra edən Yeganə Dadaşova çıxış edərək şagirdlərin intellektinin inkişafı məqsədi ilə bu qəbildən olan layihələri müsbət qiymətləndirib.