" Cəbrayıl şəhəri günü " maarifləndirici dərs keçirilib
Oktyabrın 4-də Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 4 il ötür. Məktəbin tarix müəllimi Məhəbbət Tarverdiyevin təşkilatçılığı ilə 8 A sinfində "Cəbrayıl şəhəri günü" mövzusunda maarifləndirici dərs keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müəllim şagirdlərə Ali baş komandan İlham Əliyev və "Dəmir yumruq" devizi altında birləşən rəşadətli ordumuzun göstərdiyi şücaətlərindən danışaraq videoslayd nümayiş etdirib. Dərsin keçirilməsində məqsəd təhsilalanlara tariximizi mənimsətmək və onları vətənpərvərlik ruhunda tərbiyə etmək olub.