21 Sentyabr - Sülh günüdür

21 Sentyabr - Sülh günüdür. Bu münasibətlə fənn müəllimi Aytən İsayeva 5 B sinif şagirdləri ilə " Qoy həmişə Sülh olsun! " adlı sinif tədbiri keçirib .
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlər sülh və vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnı ifa ediblər. Müəllim mövzu ilə bağlı videoslayd nümayiş etdirib. Sonda şagirdlər çəkdikləri rəsmləri nümayiş ediblər.