"Bilik günü"

    "Bilik günü" ilə bağlı təlimata əsasən 16.09.2024-cü il tarixində "Bilik günü" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Samirə Əliyeva müəllim, şagird və valideynləri salamlayaraq yeni tədris ili münasibətilə təbrik edib uğurlar arzuladı. O, Təhsildə inkişaf və innovasiyyalar üzrə VIlI Qrant müsabiqəsinin qalibi, məktəbimizin kimya müəllimi Nazlıxanım Rzayevanı, RFO, RFM və "Kenquru " müsabiqələrində uğur qazanan şagirdlərimizi təbrik edib. Qaliblər "Diplom" və "Təşəkkürnamə" ilə təltif olunublar. Daha sonra söz məktəbin sevinci olan birincilərə verilib. Şagirdlər "İlk zəng" sədaları altında sinif otaqlarına daxil olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi