Valideynlərlə görüş keçirilib

Məktəbin illik Fəaliyyət Planına əsasən "Ailən və məktəbim" layihəsi çərçivəsində siniflərdə valideyn iclasları keçirilib. Məktəbin direktoru Samirə Əliyeva valideynləri salamlayaraq 2024-2025- ci tədris ilində qarşıda duran məsələlər və hədəflərimizlə bağlı söhbət aparıb, təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi barədə məlumatlar verib. Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifəsini icra edən Yeganə Dadaşova valideynləri "Şagird davranış qaydaları" ilə tanış edib.