Yay tədris tapşırıqları alan şagirdlərin biliyi qiymətləndirilib

    "Ümumtəhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar" ına uyğun olaraq 1-3 fənn üzrə "qeyri-kafi" qiymət alan şagirdlərə yay-tədris tapşırıqları verilir.

    Yay tədris tapşırıqları fənn müəllimi tərəfindən fənn üzrə müəyyən bəhs və bölmələri əhatə etməklə hazırlanır və təhsil müəssisəsinin direktoru tərəfindən təsdiq olunduqdan sonra şagirdə onun valideyni (digər qanuni nünayəndəsinin) iştirakı ilə yazılı təqdim olunur. Yay tədris tapşırıqlarının bir surəti ümumi təhsil müəssisəsində saxlanılır. Yay tədris tapşırığı avqustun 26-dan etibarən məktəbin direktorunun təsdiq etdiyi cədvəl əsasında müvafiq komissiyanın və fənn müəlliminin iştirakı ilə qəbul olunur. Şagirdlərin yay-tədris tapşırığını yerinə yetirməsi müəllimin suallarına verilən cavablarla müəyyən edilir və qiymətləndirilir. Yay tədris tapşırığı verilən fənlərin hər hansı birindən "qeyri-kafi" qiymət alan şagird təkrar sinifdə saxlanılır. Yay tədris tapşırıqlarının qəbulu protokollaşdırılır və şagirdə verilən qiymətə görə onun yuxarı sinfə keçməsi və ya təkrar sinifdə saxlanılması barədə məktəbin Pedaqoji Şurasına təqdimat hazırlanacaqdır.

    Şagirdlərimizə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi