Uğurumuz var

    Təhsilin inkişafı və innovasiyalaşdırılması üzrə VIII Qrant layihəsinin qalibləri elan olunmuşdur. Müsabiqənin nəticəsi olaraq 229 layihə qrant qazanıb. Həmin layihələrin 219-u təhsilverənlərin, 9-u isə ümumitəhsil müəssisələrinin payına düşür. 

    130 nömrəli tam orta məktəbin Kimya müəllimi Nazlıxanım Rzayeva da qaliblər sırasındadır. Müəllimimizin təqdim etdiyi layihə bal sıralanmasında 28-ci yerdə, Bakı şəhəri üzrə isə 9-cu pillədədir. Qrant layihə istiqamətində məktəb olaraq ilk uğurumuzdur və təbii ki, çox sevindirici haldır. Məktəb olaraq uğurumuzun davamlı olacağına inanırıq. Bunun üçün isə daha çox çalışmalıyıq. Çünki uğurun sirri əzmlə çalışmaqdan keçir. 

    Nazlıxanım müəlliməni rəhbərlik və müəllim kollektivi adından təbrik edirik, fəaliyyətində uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi