Son Zəng
Bu gün Respublikamızın ümumtəhsil məktəblərində "Son zəng" qeyd olunur. Bu gün kimin üçünsə adi günlərdən biri olsa da, 11-ci siniflər üçün özəl və unudulmaz bir gündür. Məzunlar doğma məktəbləri, dostları, müəllimləri ilə vidalaşırlar. Hər il olduğu kimi bu il də məktəbimiz məzunlarla vidalaşıb. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra məktəbin direktoru Samirə Əliyeva çıxış edərək tədbiri açıq elan edib. O, tədbir iştirakçılarını və məzunları bu gün münasibətilə təbrik edərək məzunlara müstəqilliyə qədəm qoyduqları həyatda uğurlar arzulayıb. Daha sonra sözü məzunlara verib. Məzunlar öz çıxışları ilə tədbiri davam ediblər. Rəqslər, şeirlər, mahnılar ifa etdikdən sonra sonuncu zəng çalınıb.
Məzunlarımıza uğurlar arzulayırıq.