Nümunəvi dərs keçirilib

Məktəbin İllik Fəaliyyət Planına uyğun olaraq nümunəvi dərslərin keçirilmə qrafiki təsdiqlənmişdir. Nümunəvi dərs İngilis dili müəllimi Cəlali Sənubərin təqdimatında 8 Ç sinfində təşkil olunub. Nümunəvi dərsdə məktəbin direktoru Samirə Əliyeva, İngilis dili fənni müəllimləri Vəliyeva Reyhan və Həsənzadə Günel iştirak edirdilər. Dərs zamanı müəllim elektron lövhədən, slaydlardan, müxtəlif əyani vəsaitlərdən istifadə edərək mövzunu izah etdi. Dərsdə şagirdlər aktivlik nümayiş etdirdilər. Dərsin quruluşu fəal təlimin tələblərinə cavab verirdi.