"1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" nə həsr olunmuş " Tullantıdan sənətə " adlı moda müsabiqəsi keçirilib

Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifəsini icra edən Yeganə Dadaşovanın rəhbərliyi ilə 31.05.2024-cü il tarixində " 1İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" nə həsr olunmuş "Tullantıdan sənətə" adlı moda müsabiqəsi keçirilib. Müsabiqəyə l-lV sinif şagirdləri qatılaraq, tullantılardan hazırlanmış geyimlər nümayiş etdiriblər. İştirakçılar həmçinin rəqs və mahnı ifa edib sinif yoldaşlarını təbrik ediblər.Məktəbin direktoru Samirə Əliyeva və təşkilatçı Yeganə Dadaşova uşaqları təbrik edib onlara can sağlığı, gələcəkdə uğurlar arzulayaraq, hər bir iştirakçını "Sertifikat" və "Təşəkkürnamə" ilə təltif ediblər.