Böyük Summativ Qiymətləndirmələrə start verilib
BŞTİ-nin müvafiq təlimatına əsasən ümumtəhsil məktəblərində, o cümlədən 130 nömrəli tam ota məktəbdə də 27.05.2024-cü il tarixdən cari tədris ili üzrə BSQ-2 start verilib. BSQ-lər məktəb rəhbərliyi tərəfindən mərkəzləşdirilmiş qaydada təşkil olunub. İlk olaraq 4-cü siniflərdə Azərbaycan dili, Musiqi, 9-cu siniflərdə Azərbaycan tarixi, Ümumi tarix, 11-ci sinifdə Azərbaycan dili, Ədəbiyyat fənləri üzrə BSQ keçirilib.
Bütün şagirdlərimizə uğurlar arzulayırıq!