Nümunəvi dərs keçirilib

Məktəbin İllik Fəaliyyət Planına uyğun olaraq nümunəvi dərslərin keçirilmə qrafiki təsdiqlənmişdir. Nümunəvi dərs İbtidai sinif müəllimi Heydərova Rumiyyənin təqdimatında 1C sinfində təşkil olunub. Nümunəvi dərsdə məktəbin direktoru Samirə Əliyeva, TİDM Yeganə Dadaşova iştirak ediblər. Dərs zamanı müəllim elektron lövhədən, slaydlardan, müxtəlif əyani vəsaitlərdən istifadə edərək mövzunu izah etdi. Dərsdə şagirdlər aktivlik nümayiş etdirdilər. Dərsin quruluşu fəal təlimin tələblərinə cavab verirdi.