Təbiət dərsi açıq havada keçirilib

"Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı Tədbirlər Planına əsasən 01.05.2024-cü il tarixində məktəbin biologiya müəllimi Afət Mahmudova Vl siniflərdə təbiət dərsini açıq havada keçirib. Dərsin mövzusu "Tozlanma, meyvə və toxumların yayılması üçün uyğunlamalar" idi. Məqsəd bitkilərin tozlanma və meyvələrin yayılması üçün quruluş uyğunlaşmalarını müəyyən etmək, bitkilərdə tozlanma, meyvə və toxumların yayılması yollarını izah etməkdən ibarət olub.