Növbətçi şagirdlərlə görüş keçirilib
Məktəbdə təhlükəsizlik mühitinin yaradılması barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə daxil olmuş məktuba əsasən məktəbdə təhlükəsizlik tədbirləri həyata keçirilir.
30.04.2024-cü il tarixində məktəbdə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə məktəbin direktoru Samirə Əliyeva, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Yeganə Dadaşova və UBTR Təhminə Novruzova tədris ilinin əvvəlindən təyin olunan növbətçi şagirdlərlə görüş keçiriblər. Təlimatla bağlı görüləcək işlər və növbətçi şagirdlərin üzərinə düşən vəzifə öhdəlikləri bir daha onların nəzərinə çatdırılıb.