Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş kitab sərgisi keçirilib
Azərbaycanın görkəmli şair və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyi ilə əlaqədar olaraq kitabxanaçı Səidə Süleymanovanın təşkilatçılığı ilə "Könül mülkünün sultanı" adlı kitab sərgisi təşkil olunub. Sərgidə şairin seçilmiş əsərlərindən ibarət cildli kitabları nümayiş olunub.