31 Mart- Azərbaycanlıların Soyqırımı Günüdür
Tariximizi unutdurmamaq, şagirdlərimizi vətənpərvər ruhda tərbiyə etmək məqsədilə tarix müəllimi Fərqanə Rzayeva 8 a sinif şagirdləri ilə "31 Mart-Azərbaycanlıların Soyqırımı Günü" ilə bağlı maarifləndirici dərs keçib. O, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakının müxtəlif bölgələrində Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmələri barədə məlumatlar verib. 12 minə yaxın azərbaycanlının amansızcasına öldürülməsi, on minlərlə insanın itkin düşməsi, dinc əhaliyə, ahıllara, qadınlara, hətta körpə uşaqlara belə rəhm edilməməsi şagirdlərin nəzərinə çatdırılıb.