“Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri”
30.10.2019-cu il tarixdə “Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri” ilə bağlı tədbir keçirildi. Məktəbin qabaqcıl biologiya müəllimi Səkinə Rəcəbli şagirdlərə, müəllimlərə və valideynlərə maarifləndirici məlumat verdi. Şagirdlər yığdıqları plastik qab və paketləri məktəbdə hazırlanmış xüsusi qutuya yığdılar. Sonra şagirdlərin mövzu ilə əlaqədar hazırladığı video çarx nümayış etdirildi. Səkinə müəllimə verilən suallara ətraflı cavablar verdi, şagirdləri maraqlandıran problemlərin həlli yollarını izah etdi. Tədbir iştirakçıların çox böyük marağına səbəb oldu. Gələcəkdə də bu mövzularla bağlı vaxtaşırı tədbirlərin keçirilməsi planlaşdırılır.