“Son zəng”

Bu gün məktəbimizdə “Son zəng” tədbiri keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Tədbirdə məzun Nurullah Qəhrəmanlının atası – Azərbaycanın Milli Qəhrəmanı Fariz Çoban oğlu Qəhrəmanov, məktəb valideyn komitəsinin sədri Könül Hacıyeva və məzunların valideynləri iştirak etdilər.

Məktəbin direktoru, Əməkdar müəllim Yaqut xanım Sadıqova çıxış edərək 2024–2025-ci tədris ilində fərqlənmiş müəllim və şagirdləri təltif etdi, bütün məzunları təbrik etdi və onlara uğurlar arzuladı.

Tədbir şagirdlərin musiqi və rəqs nömrələri ilə davam etdi. Sonda onbirincilər “Son zəng” sədaları altında estafeti birincilərə təhvil verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi