Məktəbdə 31 Mart - azərbaycanlıların soyqırımı günü anıldı
Martın 29-da Yasamal rayonu Ş.Əfəndizadə adına 13 saylı tam orta məktəbdə 31 Mart soyqırım günü ilə əlaqədar məktəb kitabxanasında dəyirmi masa keçirildi. İlk olaraq qətlə yetirilmiş günahsız insanların xatirəsi bir dəqiqə sükutla yad edildi. Şagirdlər soyqırımla bağlı məlumatlandırıldı. Mövzu ilə əlaqədar mühazirə oxundu.1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın,o cümlədən çoxlu sayda qoca,qadın və uşaqların öldürülməsi ilə nəticələnib. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması,doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 98 il ötür.1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb.Həmin gündən başlayaraq 31 Mart tarixi azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.