Narkomaniya ümumbəşəri bəladır mövzusunda maarifləndirmə tədbiri keçirildi
Yasamal rayonu 13 saylı tam orta məltəbdə 16.03.2016-cı il tarixdəNarkomaniya ümumbəşəri bəladır mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.Tədbirdə Yasamal rayonu 13 saylı tam orta məktəbin direktoru Yaqut Sadıqova çıxış edərək tədbir iştirakçılarını salamladı və “Narkomaniya ümumbəşəri bəladır mövzusu” ilə bağlı çıxış etdi. O şagirdlərə özünün qələmə aldığı “Qoy yox olsun narkotika və narkaman” adlı şeiri səsləndirdi.Sonra Yasamal rayon Polis İdarəsinin rəisi Polis Polkovnik-Leytenantı cənab İsfəndiyar Mehbalıyev və Həkim narkoloq Elçin Haqverdiyev çıxış etdilər. Tədbir iştirakçılarına Narkomaniya ilə bağlı slayd təqdim edildi və mövzu ilə bağlı şagirdlər öz fikirlərini bildirdilər.Tədbirdə Yasamal rayon Polis İdarəsinin rəisi Polis Polkovnik-Leytenantı cənab İsfəndiyar Mehbalıyev. Yasamal rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi Polis Mayoru cənab Emil MəmmədovYasamal rayon Polis İdarəsinin 29-cu Polis bölməsinin rəisi Polis Polkovnik-leytenantı cənab Faiq Hüseynov. Yasamal rayonu Veternlar şurasının sədri cənab Vəliəddin Sultanov. Veteranlar şurasının sədr müavini cənab Xanlar Ağayev. Həkim narkoloq cənab Elçin Haqverdiyev iştirak edirdilər