“Təmiz şəhər nağılları”

Mütaliə məktəblilərin tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Kitabı bütünlüklə oxumaq, əsəri dərk etmək mütaliə mədəniyyətinin vacib ünsürüdür. Şagirdlərin marağı və mənəvi təlabatının təmin olunmasında, təfəkkürünün inkişafında, yeni biliklərin qazanılmasında kitab müstəsna əhəmiyyət daşıyır. Kitabxana işinin əsasını məhz şagirdlərin mütaliəyə düzgün istiqamətləndirilməsi təşkil edir. Şagirdlərin mütaliə istiqamətlərinin müəyyən olunmasında onların meyl və maraqları nəzərə alınmalıdır.Bu məqsədlə kitabxanada məktəbin kitabxanaçısı Hüseynova Mehri Mehman qızı məktəbin 3-cü sinif şagirdləri arasında “Təmiz şəhər nağılları” adlı hekayələr əsasında müzakirə keçirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi