Xocalı harayı

25.02.2019-cu il tarixdə “Xocalı harayı ” adlı tədbir keçirilmişdir. İbtidai sinif müəllimi Gülşən Səfərovanın təşkilatçılığı ilə keçirilən tədbirdə “Xocalı soyqırımı ” haqqında video-çarx və şagirdlərin ifasında ədəbi-bədii kompazisiya nümayiş etdirildi.Məktəbin direktoru Respublikanın Əməkdar müəllimi Yaqut Sadıqova çıxış edərək Xocalıda törədilən faciədən -qadınlara, uşaqlara və yaşlılara qarşı olan amansızlıqdan ürək ağrısı ilə danışdı.
26.02.2019-cu il tarixdə bütün siniflərdə ilk dərslər Xocalı soyqırımının iyirmi yeddinci ildönümünə həsr olundu. 
Məktəbin kitabxanasında da Xocalı soyqırımı qurbanları yad edildi.Xocalı soyqırımını 27-ci ildönümü ilə bağlı “Laylay,Xocalım,laylay” adlı tədbir keçirildi.Sonra şagirdlər hazırladıqları şeir kompozisiyaları ilə Xocalı faciəsini bir daha xatırladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi