Xocalı soyqırımı "Qan yaddaşımız"

26 fevral 1992-ci ildə Xankindində yerləşən 366-cı rus alayının köməyi ilə Ermənistan hərbi birləşmələri Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki bir yaşayış məntəqəsini-Xocalı şəhərini yerlə yeksan edərək xarabalığa çevirdi. Bu soyqırımda Xocalıda istifadəsi qadağa olunmuş 17,6 kalibrli patrondan istifadə olunmuşdur. Bu əsl genosid,dəhşətli faciə idi. Xocalı faciəsi özündən əvvəlki və sonrakı faciələrin heç birinə bənzəmirdi.Bu faciə ermənilərin törətdiyi ən qanlı,ən dəhşətli faciə idi.Bunu həm də bütün türk dünyasının mənəvi-tarixi faciəsi hesab etmək olar.Xocalı faciəsini törətməklə ermənilər azərbaycanlılara,türklərə qarşı əsrlər boyu davam etmiş amansız nifrətlərini,vəhşiliklərini bütün dünyaya nümayiş etdirdilər. Bu isə dünya ictimaiyyətini qətiyyən narahat etmədi. Sanki bu faciə, belə bir hadisə baş verməli idi. Bu idi özünü ədalətli,humanist,demokratik adlandıran Qərb dünyasının Xocalı faciəsinə münasibəti!Bu faciə nəticəsində 106 nəfər qadın,63 nəfəri uşaq olmaqla 613 nəfər qətlə yetirildi. 487 nəfər yaralandı,1275 nəfər girov götürüldü. Azğın erməni faşistləri Xocalı adlı şəhəri yer üzündən sildilər. İndiyə qədər də itgin düşənlərdən və əsirlərdən 50 nəfəri barədə heç bir məlumat yoxdur. Xocalı şəhərinin başına gətirilən bu müsibəti xalqımız heç bir zaman unutmuyacaq. Ənənəvi olaraq 13N-li tam orta məktəbdə hər il Xocalı faciəsi ilə bağlı anım tədbiri keçirilir. Bu gün də UBR Çinarə Ağayevanın təşkilatçılığı və 7b sinif şagirdlərinin iştirakı ilə Xocalı soyqırımı "Qan yaddaşımız" adlı tədbir keçirildi. Tədbirdə Yasamal rayonu İcra Hakimiyyəti Yetkinlik Yaşına Çatmayanların Müdafiəsi şöbəsinin böyük məsləhətçisi, II dərəcəli Dövlət qulluqçusu Seymur Nağıyev, Respublika qəzetinin əməkdaşı Mehparə xanım, 13N-li tam orta məktəbin direktoru- Əməkdar müəllim Yaqut Sadıqova, ADPU, ADDU və ADPT-nin məktəbdə təcrübədə olan tələbələri,müəllimlər,valideynlər və məktəbin şagirdləri iştirak etdilər. Bu gün səhər saat 9:00- da Azərbaycan Dövlət Televiziyasında 13N-li tam orta məktəbin direktoru Yaqut Sadıqovanın “Xocalı faciəsi ” haqqında çıxışı və siniflərdə aparılan çəkiliş nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi