Xocalı soyqırımı
Düz 24 il bundan öncə şaxtalı bir qış axşamında 9 milyondan artıq əhalisi olan Azərbaycanın bir parçası olan Xocalı torpağı minlərlə insanın qanı ilə suvarıldı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Xocalı Qarabağın,həm də Azərbaycanın döyünən ürəyi,yurdun qeyrət qapısı idi. Neçə əsrin dizini qatlamış qədim yaşayış məskəni Xocalını ermənilər işğal edərək tarixdə misli görünməmiş kütləvi insan qırğını törətdilər.Qocalara,qadınlara,körpələrə və xəstələr aman verilməmişdir.Həmin gecə əhalinin bir hissəsi qarlı-çovğunlu və dumanlı havada səmtlərini itirmiş,erməni kəndlərinin ərazilərinə girmişdi.Bu zaman əvvəlcədən yolları,dərələri kəsən ermənilər yenə də adamları qanlarına qəltan etmişdilər.Xalqımız çoxəsirlik tarixində belə bəlalardan çox keçib.İnanırıq ki,qaranlıq günlərin işıqlı sabahı olur. Bu gün biz hamımız şəhidlərin ruhu qarşısında baş əyirik.Allah onlara rəhmət eləsin,qəbirləri nurla dolsun.Xocalı soyqırımının 24-cü dördüncü ildönümü ilə əlaqədar məktəbimizdə inşa yazı müsabiqəsi keçirilmiş,qəzetlər hazırlanmış və ən yaxşı işlər məktəbin sərgisində öz əksini tapmışdır. Azərbaycan Dövlət Televiziyası tərəfindən I-XI siniflərdə Xocalı faciəsi ilə əlaqədar çəkilişlər aparılmışdır."Xocalı soyqırımı Qan yaddaşımızdır" adlı tədbir 25 fevral saat 11:30-da keçiriləcəkdir.